<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Böyük xoşbəxtlikdir bir yerdə olmaq,
 Bir-birini bağışlayıb anlamaq.
 Həm çətin anlarda, həm də sevincdə
 Eyni məhəbbətlə, sevgiylə sevmək.

[C1]
   Qoy sizin sevginiz və həyatınız
   Gözəl bir nümunə, bir örnək olsun.
   Bu gün sizə baxıb sevinən hər kəs
   Allaha şükranlar, izzət oxusun.

[V2]
 Heç bir çətinlikdən əyilməyərək,
 Təmiz duyğuları əskiltməyərək,
 Ruhda cavan qalıb daim sevərək,
 Allahdan verilən ömrü yaşayın.

[V3]
 Xoşbəxt olun, xoş yaşayın,
 Sevgi dolu həyat sürün dünyada.
 Bir can olun, bir qəlb olun,
 Sevinciniz kamil olsun İsada.</lyrics>
<title>Böyük xoşbəxtlikdir bir yerdə olmaq İL345</title>
<hymn_number>345</hymn_number>
</song>